Bərdədə ağır qəza - Ölənlər var

22:15 02.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bərdə rayonunda, Yevlax-Ağdam-Laçın yolunda baş verən qəza barədə məlumat açıqlayıb.

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən hafta.az- bildirilib ki, qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.