Beynəlxalq Berlin Film Festivalında (Berlinale) “Qızıl Ayı Fəxri Mükafatı” “Göylərin Hakimi”, “The walf of wall street”, “The Irishman” və digər filmlərin amerikalı rejissoru Martin Skorsesə veriləcək.
Hafta.az-ın yazdığına görə, 74-cü “Beynəlxalq Berlin Film Festivalı” 15-25 fevral tarixlərində keçiriləcək.
Festivalın prezidentləri Karlo Çatrian və Mariet Rissenbek olacaq.
Prezidentlər Skorsesi “unikal rol modeli” adlandırıblar.
Rejissorun “Raging Bull”, “Cape Fear”, “Gangs of New York” kimi filmləri Berlin Film Festivalında nümayiş etdirilib.
Leonardo Di Kaprio, Robert De Niro, Brendan Freyzerin rol aldığı və Kann kinofestivalında premyerası keçirilən “Çiçək Ayın qatilləri” filmi Skorsesenin son şah əsəridir. Qərb kriminal dramı “Full Moon Killers” Oskar yarışında ən güclü namizədlərdən biri kimi təsvir edilir.
Bu arada, Martin Skorsesenin ən yaxşı filmlərindən bəzilərini xatırladırıq: “Killers of the flower moon”, “After hours”, “Cape fear”, “Age of innocence”, “Taxi driver”, “Casino”, “The walf of wall street”, “Raging bull”, “The departed”, “Goodfellas” və sair.