Parlament seçkiləri ilə bağlı səsvermə prosesi davam edir.
Səsvermənin gedişini izləmək üçün üz tutduğumuz dairələrdən biri də 16 saylı Yasamal ikinci seçki dairəsidir.
15 saylı məntəqədə müşahidələr apardıq. Bu dairə üzrə 1125 nəfər seçicinin səsvermədə iştirakı nəzərdə tutulub. Saat 14-30-a olan məlumata əsasən məntəqədə 118 seçici deputat görmək istədikləri namizədə səslərini veriblər. Neqativ hallar aşkarlanmayıb.
Məntəqə sədri Gülcamal Həsənova deyir ki, prosesi beynəlxalq müşahidəçilər də izləyiblər:
"Belə bir şəraitin olması bizim üşün də rahatdır. Səsvermə başlayandan insanlar gəlib istədikləri namizədlərinə səs verirlər. Müşahidə kameraları işlək vəziyyətdədir. Seçkilərin qaydalarına uyğun olmayan halın baş verməməsi üçün diqqətli və məsuliyətliyik. Hər bir seçici də bu şəffaflığı görür".
Daha bir məntəqədə- 16 saylı Yasamal ikinci seçki dairəsinin 16 saylı məntəqəsində olduq. Məntəqə sədri Gülər Hümbətova bildirdi ki, siyahıda 1243 nəfər seçici var:
"İndiyə qədər ümümi səsverənlərin sayı 100 nəfər seçici iştirak edib. Malaziya, Hindistan, Misir, İordaniya, Türkiyə, Qazaxıstan, Latviyadan olan müşahidəçilər də prosesi izləyənlər arasındadır. Səsvermə normal qaydada davam edir".