Yazını böyüt
Yazını kiçilt
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 300 m2 olan bir dam altında tikilən beş ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 60 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 40 m² olan 2 otaqlı evin yanar konstruksiyaları, sahəsi 20 m² olan 1 otaqlı evin tavanı 5 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.