Biz icbari tibbi sığrtada bəzi tədbirlərin müddətinin dəyişdirilməsini müşahidə etdik - Deputat

17:12 01.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Tibbi sığırta haqqında” qanunda müştərək maliyyələşmə məsələləri növbəti il dək saxlanılması öz əksini tapmışdı. Bu da birbaşa onunla bağlıdır ki, ümumi tibbi sığortanın tətbiqindən sonra pandemiyanın olması, icbari tibbi sığortanın təkmilləşdirilməsi ilə bağlı bir sıra məsələlərin sonrakı illərdə həyata keçirilməsinə imkan yaratdı.

Bu fikirləri hafta.az-a millət vəkili Vüqar Bayramov deyib:

"Ona görə də biz icbari tibbi sığrtada bəzi tədbirlərin müddətinin dəyişdirilməsini müşahidə etdik. Amma sığorta ilə bağlı paketinə və tətbiqinə hər hansı bir mənfi təsir göstərməyəcək. Bu istiqamətdə vətəndaşlarımızın icbari sığortadan pulsuz istifadə etməsi və mövcud paketlər daxilində səhiyyə xidmətini alması davam etdiriləcək".