Əziz Prezidentimiz.
Koronavirus pandemiyasının hökm sürdüyü indiki dövrdə qəbul etdiyiniz hər bir qərar xalqımızın gələcəyinə xidmət edir.
Son illərdə Azərbaycanda aparılan uğurlu siyasət nəticəsində həyata keçirilən qabaqlayıcı tədbirlər öz təsirini göstərmiş, epidemiyanın səviyyəsi minimuma endirilmişdir.
Mən müəlliməm, ölkəmizdə təhsil sahəsində aparılan quruculuq işləri ürəyimizdən xəbər verir. Hazırda qəsəbəmizdə yeni məktəbin tikintisi sürətlə davam edir. Bu günlərdə belə diqqət bizi təsirləndirdi. Buna görə Sizə “Çox sağ olun!” deyirik. Qeyd etdiyiniz kimi, “Biz birlikdə güclüyük!”. Biz Sizə inanırıq, Sizin arxanızdayıq.
Əziz Prezidentimiz, xalqımız üçün gördüyünüz bütün xeyirxah işlərə görə Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Mikayılov İman Rza oğlu.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Nərimanabad qəsəbəsi.