“Boru kəmərini necə partlatmaq olar” adlı film təşviş yaradıb

11:10 25.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın hüquq-mühafizə orqanları ətraf mühitə yönəlmiş trillerin “Boru kəmərini necə partlatmaq olar” adlı filmin yanacaq infrastrukturuna real hücumlara ilham verə biləcəyindən narahatdır.

Hafta.az-ın “Rolling Stone”yə istinadən yazdığına görə, 23 müxtəlif əyalət və federal agentlik filmlə bağlı ən azı 35 məqalə göndərib.

Aprelin 6-da FTB-nin Kütləvi Qırğın Silahları bülletenində deyilir: "Film partlayıcı maddələr və ya digər dağıdıcı qurğularla neft və qaz infrastrukturunu hədəf almaq müstəvisində təhlükəli oyunçuları ruhlandırmaq potensialına malikdir".

ABŞ Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosunun xəbərdarlığında deyilir: "Hüquq-mühafizə orqanları ilə özəl neft sənayesi arasında ortaq fikir ondan ibarətdir ki, bu film ölkə daxilində strateji infrastruktura hücumları və ya pozucu hərəkətləri təşviq edə bilər."

“The Independent”in hesabatına görə, agentliklər xüsusi təhlükə barədə xəbərdarlıq etməsələr də, Texasda bir qrup gənc fəalın neft boru kəmərinə təxribat törətmək cəhdindən bəhs edən filmin məzmunu onları açıq şəkildə təşvişə salıb.

Filmin rejissoru Daniel Qoldhaber “Rolling Stone”a bildirib ki, film “neft boru kəmərini dağıtmağın özünümüdafiə aktı olduğuna inanan 8 personajın hekayəsini izah etməklə real dünyanın ən aktual problemlərindən birinə toxunan qondarma əsərdir. Tamaşaçıların bu filmlə belə güclü bir əlaqəyə malik olması iqlim böhranının ciddiliyini nümayiş etdirir və bu problem təcili həll edilməlidir.

“Boru kəmərini necə partlatmaq olar” filmi, insan ekologiyası üzrə isveçli professor və iqlim fəalı Andreas Malmın 2021-ci il üçün eyniadlı kitabından ilhamlanıb. Malm kitabında yazır: "Bu dünyanın hakim siniflərinin əlamətlərə məhəl qoymadıqlarını söyləmək qeyri-adilik olardı. Bu siniflər az da olan həssaslığını itiriblər".