“Bridgerton”un yaradıcısı çəkdiyi serialdan danışıb

10:29 16.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şonda Rhaymes bu günə qədər bir çox rekord qıran televiziya serialları çəkib. Ancaq bir ingilis klassiki var ki, Rhaymes "kaş bunu edəydim" deyə düşünməkdən çəkinmir.

Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, may ayında üçüncü sezonu ilə Netflix ekranlarına qayıdacaq olan “Bridgerton”un yaradıcısı Rhaymes “The Times”a verdiyi açıqlamada “Succession”, “Beef” və “The Bear” kimi prodaksiyalara baxmaqdan həzz aldığını, ancaq bir serialı özü yaratmağı arzuladığını söyləyib. Bu serial, onun təbirincə “Britaniyanın uzun müddətdir davam edən elmi fantastic filmi “Doctor Who”dur.

"Mən həmişə bu şou ilə bağlı olacağam" deyib Rhaymes. İlk bölümü 1963-cü ildə yayımlanan serial 1989-cu ilə qədər davam edib. 2005-ci ildə yenidən çəkilən serial hələ də davam edir.

54 yaşlı Şonda Rhaymes də etiraf edib ki, “Doctor Who”nu yenidən işə salan və 10 ildən çox əvvəl onu zirvəyə çatdıran Russell T. Davaysla tanış olanda "çox əsəbi" idi.

Oxşar uğura imza atan ssenarist Rhaymes “Grey's Anatomy and Scandal” filmini çəkdikdən sonra 150 milyon dollarlıq müqavilə imzalayaraq Netflix-ə keçib.

Rhaymes “The Times”a deyib ki, o, "əylənmək istədiyi" üçün Netflix-ə keçməyə əmin olub. Amerikalı ssenaristin açıqlamasına görə, yayım şirkətinin müdirləri ona “Yalnız etmək istədiyiniz proqramları hazırlayın” deyiblər.

“Bridgerton”, 2020-ci ildə yayımlanan nəhəngdə premyerası olan ilk sezonu ilə rekord qırıb və ən çox baxılan ingilis serialı olub. İkinci sezon iki ildən sonra tamaşaçılarla görüşüb və bu rekordu yenidən qırmağı bacarıb.

Rhaymes, serialın necə belə böyük bir fan bazası qazandığını da izah edib, mövcud tanışlıq proqramları və Tinder dünyasına panzəhər təklif etdiyini söyləyib: “Düşünürəm ki, daha sadə bir şey istəyi var, burada görüşmək üçün qaydalar mövcuddur. Biri ilə necə tanış olacağımızı soruşduq. Ballara getdiyiniz, ailənizlə danışdığınız və rəqs etdiyiniz üçün kiminləsə tanış olurdunuz. Sevgi qaydalarının bu qədər aydın olduğu bir dünyada insanların bu cür nizamı xoşladığı görünür”.

Oxunma sayı 47