Yazını böyüt
Yazını kiçilt
Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində dördüncü turun oyunları start götürəcək.
Hafta.az xəbər verir ki, dördüncü turun ilk oyun günündə doqquz qarşılaşma baş tutacaq.
Belə ki, "Napoli" klubu "Ayntraxt Frankfurt"la, "Slaviya Praqa" "Arsenal"la, "Atletiko Madrid" "Royal Union" klubu ilə, "Budyo Qlimt" "Monako" ilə, "Yuventus" "Sportinq"lə, "Liverpul" klubu "Real Madrid"lə, "Olimpiakos" PSV ilə, PSJ "Bavariya" ilə, "Tottenhem" isə "Kopenhagen" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, turun oyunlarına sabah yekun vurulacaq.