Bu ay üzrə müavinət və ünvanlı yardımların ödəniş vaxtı açıqlanıb

10:24 22.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

 

Xatırladaq ki, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.