Bu çətin günlərdə aztəminatlı ailələrə edilən yardımlar bir daha göstərdi ki, dövlətimiz hər zaman arxamızdadır - Ağdamdan Prezidentə məktub

18:39 24.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli cənab Prezident.

Sizin siyasətinizin əsas məqsədi dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Xalqımız bunu bilir və yüksək qiymətləndirir.

Bu çətin günlərdə aztəminatlı ailələrə edilən yardımlar bir daha göstərdi ki, dövlətimiz hər zaman arxamızdadır.

Cənab Prezident, koronavirus pandemiyasının qarşısını almaq üçün atdığınız bütün addımlara görə qəsəbəmizin sakinləri adından Sizə təşəkkür edirik. Allah Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

Məmmədov Qəhrəman Aslan oğlu

Əliyev Rizvan Məmməd oğlu

Hacıyev Şakir Şərif oğlu

Əliyev Arzu Şəmsəddin oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Qasımbəyli kəndi.