Bu gün ixtisas seçiminin sonuncu günüdür

10:28 20.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a verilən məlumata görə, 19 sentyabr saat 10:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiq olunub.

2467 ərizə isə yadda saxlanılsa, da hələlik təsdiq edilməyib.

İxtisas seçimi 20 sentyabr saat 23:59-dək davam edəcək. Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələrinin sentyabrın 25-dən elan olunacağını bəyan edib.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 10-da başlayıb.

Oxunma sayı 1559