Bu gün (4 noyabr) Rusiyada Milli Birlik Günü qeyd olunur. Məhz bu milli bayram ölkənin bölgələrində yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələrini bir araya gətirir.
Hafta.az-ın yazdığına görə, bu tarixi bayramın mahiyyətində Rusiyada çətinliklər dövrünün başa çatması və rus xalqının (Zemstvo) ağsaqqalı Kuzma Minin və knyaz Dmitri Pojarskinin başçılıq etdiyi vətənpərvər qüvvələr tərəfindən yadelli işğalçıların Moskvadan qovulması dayanır.
Qeyd edək ki, hazırda Rusiyada 190-dan çox xalq yaşayır və ölkə əhalisinin çoxmillətliliyi Konstitusiyada aydın təsbit olunub.
Hökumət orqanları, vətəndaş cəmiyyəti və biznes ictimaiyyəti xalqların adət-ənənələrini, ana dillərini və mədəni müxtəlifliklərini qorumaq üçün addımlar atır. Yerli xalqlar üçün xüsusi dəstək tədbirləri nəzərdə tutulur.
P.S. "Həftə içi" qəzeti və Hafta.az xəbər saytının kollektivi olaraq bütün Rusiya xalqlarını və Bakıdakı Rus Evinin kollektivini bayram münasibətilə təbrik edirik.