Bütün zamanların ən yaxşı 30 Milad filmi seçilib

09:26 30.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əyləncə jurnalı “Variety” Yeni il gecəsini evdə keçirmək istəyənlər üçün Milad mövzulu 30 ən yaxşı filmin siyahısını hazırlayıb.

Hafta.az-ın yazdığına görə, “Variety”nin hazırladığı siyahıya 1992-ci ildə çəkilmiş “Batman qayıdır” filmi başçılıq edir. Ümumiyyətlə, siyahı belədir: “Oğlan haqqında” (2002), “Qara Milad” (1974), “Pis Santa” (2003), “Ən yaxşı insan bayramı” (2013), “Kral” (2015), “Çarli Braun Milad” (1965), “Konnektikutda Milad” (1945), “Milad şahzadəsi” (2017), “Milad hekayəsi” (1983), “Çətin ölüm” (1988), “Ailə daşı” (2005), “Edvardın qayçı əlləri” (1990), “Elf” (2003), “Gremlins” (1984), “Ən xoşbəxt mövsüm” (2020), “Bayram” (2006), “Holiday Inn” (1942), “Evdə tək” və “Evdə tək 2: Nyu Yorkda itirilmiş” (1990, 1992), “Qrinç Milad bayramını necə oğurladı” (1966, 2000), “Bu gözəl həyatdır” (1946), “Kiss Kiss Bang Bang” (2005), “Klaus” (2019), “Krampus” (2015), “Son tətil” (2006), “Əsl sevgi” (2003), “The Muppet Christmas Carol” (1992), “Miladdan əvvəl kabus” (1993), “Polar Express” (2004), “Santa Klaus” (1994).

Oxunma sayı 251