Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçiriləcək.
Hafta.az xəbər verir ki, musiqili gecədə ilk dəfə Mikayıl Müşfiqin faciəvi taleyinə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriya səslənəcək.
Qeyd edək ki, oratoriyanı dirijor Mustafa Mehmandarov və bədii rəhbər Gülbacı İmanovanın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası təqdim edəcək.