Cəlilabadda arvadını qətlə yetirən şəxs intihara cəhd edib

09:29 06.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda kişi arvadını qətlə yetirib, daha sonra intihara cəhd edib

Cəlilabadda kişi arvadını qətlə yetirib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən xəbərə görə, fevralın 6-da saat 07 radələrində Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Günel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırma aparılır.

Oxunma sayı 108