Hörmətli cənab Prezident.
Biz Cəbrayıl rayonundan məcburi köçkün ailəsiyik. Bizi evlə təmin etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Tələbə olduğum üçün təhsil haqqım da dövlət tərəfindən ödənilir. Ulu öndər Heydər Əliyev də biz məcburi köçkünləri heç vaxt unutmayıb, hər zaman yanımızda olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da təşəkkürlərimizi bildiririk. Biz hər zaman Sizi dəstəkləyirik.
Dünyaya meydan oxuyan koronavirusdan qorunmaq üçün ölkəmizdə yaratdığınız şərait hesabına biz azərbaycanlılar rahat evimizdə otururuq.
İnşallah, Sizin siyasətiniz nəticəsində Dağlıq Qarabağ erməni işğalından azad olar və biz öz dədə-baba torpaqlarımıza gedərik. Bizi hər zaman ön planda tutduğunuza görə Sizə minnətdarıq. Şəxsən öz adımdan və ailəm adından Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik.
Hörmətlə,
Miriyev Orxan Xudayar oğlu.
Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Qumlaq qəsəbəsi.