Cənub bölgəsinin seçiciləri seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər

11:28 09.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Cənub bölgəsinin seçiciləri fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər.

Hafta.az bildirir ki, 77 saylı Astara seçki dairəsinin ərazisində yerləşən 1 və 2 nömrəli şəhər seçki məntəqələrindəki vəziyyət buna bir daha sübutdur.

Səsverməyə gələn seçiciləri seçki məntəqəsinin qarşısında dayanmış məntəqə seçki komissiyasının üzvü qarşılayaraq seçicilərin sol baş barmağını ultra-bənövşəyi rəngli fanarla yoxladıqdan sonra onları içəri buraxırdı.

Səsvermənin gedişini ATƏT-in nümayəndələri də müşahidə edirlər.