ABŞ-da Çikaqo çayında görünən nəhəng tısbağa sosial mediada yayılıb.
Hafta.az-ın “Block Club Chicago”ya istinadən yazdığına görə, ötən həftə qeydə alınan tısbağaya "Çonk" adı verilib. Bu ad ingilis dilində kilolu insanları və heyvanları təsvir etmək üçün istifadə edilən sevgi ifadəsidir.
Tısbağanın şəkillərini dostu Al Skorçla birlikdə "Crime Pays but Botany Doesn't" adlı YouTube kanalını idarə edən botanik Coy Santore çəkib və yayımlayıb.
Videoda Santore bədəni qabığı üçün çox böyük görünən dolğun tısbağadan şoka düşdüyü görünür.
Tvitterdə lentə aldığı videonu da paylaşan botanik “Bir vaxtlar çox zəhərli çay olan bu çayın yavaş-yavaş təmizlənərək bərpa olunduğunu görmək çox gözəldir” yazıb.
Çonkun şəkilləri Twitter-də 700 mindən çox, YouTube-da isə 125 min dəfə izlənilib.
“Block Club Chicago” yerli xəbər saytına danışan Santore, tısbağanın "nəhəng, çox kilolu və qabığı üçün çox böyük göründüyünü" söyləyib.
Mütəxəssislərin fikrincə, Şimali Amerikada iki növ tısbağa yaşayır və hər ikisinə bu bölgədə rast gəlmək olar. Bu tısbağalardan birinin elmi adı Chelydra serpentina, digəri isə Macrochelys temminckii-dir.
Göstərilən böyük tısbağanın da Chelydra serpentina olduğu düşünülür.
Tısbağaların çəkisi 34 kiloqrama çata bilər. Çonkun dəqiq çəkisi isə məlum deyil.