Oskar mükafatına namizəd olan aktyor Cillian Mörfi “28 Years Later” filmində Cim rolunu təkrar canlandırıb-canlandırmayacağından danışıb.
Hafta.az-ın yazdığına görə, Danni Boyle tərəfindən çəkilən və 2002-ci ildə ekranlara çıxan “28 Years Later” filmi zombi virusu Britaniyanı viran qoyduqdan 4 həftə sonra Mörfinin personajı Cim xəstəxanada oyananda baş verənlərdən bəhs edirdi.
Rejissor Xuan Karlos Fresnadillonun çəkdiyi "28 Years Later" adlı davam filmi 2007-ci ildə ekranlara çıxıb və yeni personajlara diqqət yetirib.
İlk filmin yazıçısı Aleks Qarlandın yazılacağı üçüncü filmdə rejissor kürsüsündə “28 Days Later”in rejissorluğunu edən Boylun oturacağı, Mörfinin isə prodüser olaraq geri dönəcəyi təsdiqlənib.
Ekran Aktyorları Gildiyası və Amerika Televiziya və Radio Rəssamları (SAG-AFTRA) Fondunun proqramında iştirak edən irlandiyalı aktyor, davam filmində Cim rolunu canlandırmaq üçün açıq olduğunu bildirib: “47 yaşlı aktyor serialın pərəstişkarlarını təlaş içində buraxaraq, daha çox məlumat verməkdən çəkinib, ilk filmin sonunda Cimin sağ olduğunu xatırlatmağı da unutmayıb".
“28 Years Later” haqqında danışan məşhur aktyor, zombi filmlərinin usta rejissoru Corc A. Romeronun məşhur “Night of the Living Dead” serialına baxmadığını bildirib və əlavə edib: “Düzünü desəm, xəbərsiz idim zombi filminin çəkilməsindən. Özü də SARS-ın yayıldığı zamanlar idi. Ona görə də onun zombi filmi olduğunu hiss etmədim. Romero filmlərinə baxmadığım üçün şadam, çünki bu filmlərin nə qədər müqəddəs olduğunu bilmirdim”.
Cillian Mörfi “Oppenheimer” filmindəki performansına görə Ən Yaxşı Aktyor nominasiyasında Akademiya Mükafatına namizəd olub.