Çinin şərqində arxeoloqlar Çin tarixinin kritik bir dövründə Çjou sülaləsini idarə edən imperatora aid ola biləcək 2200 illik bəzəkli məzar tapıblar.
Hafta.az-ın yazdığına görə, Çou sülaləsi Şin, Han, Vey, Zhao, Xi və Yan ilə birlikdə 7 Döyüşən Dövlət arasında olub. Bu dövlətlərin sonrakı birləşməsi müasir Çinin başlanğıcı hesab olunur.
Tədqiqatçılar daha əvvəl Çjou sülaləsinin ən geniş miqyaslı arxeoloji qazıntı yerlərindən biri olan Vuvanqdunda 1,5 kvadrat kilometr ərazini əhatə edən qəbiristanlıq aşkar etmişdilər. Bu qəbirdə cəsədlə yanaşı şəxsin döyüş arabası, qurbanlıq çuxurları və sarkofaqları aşkar edilib.
Tədqiqatçılar indi müxtəlif artefaktlar, o cümlədən dəfn kamerasının örtük lövhələri, bu lövhələrdəki bambuk həsirlər və lakla örtülmüş əşyalar tapıblar.
Təxminən eramızdan əvvəl 220-ci ilə aid olan türbədən indiyədək mindən çox mədəniyyət qalığı, o cümlədən tunc ritual qablar, musiqi alətləri, laklı əşyalar və bitki qalıqları aşkar edilib. Qazıntılar zamanı dəfn kamerasının mərkəzində yerləşən mindən çox yazı simvolu olan tabut da tapılıb.
Tapılan türbənin ölçüsünə, mürəkkəb quruluşuna və zəngin məzmununa görə tədqiqatçılar onun Çjou sülaləsindən bu günə qədər qazılmış ən yüksək səviyyəli türbə olduğunu düşünürlər. Bu, qəbrin ehtimal ki, sülalənin imperatoruna aid olduğunu göstərir.
Qazıntıda iştirak edən arxeoloqlardan Qonq Şiçen Çin dövlət xəbər agentliyi “Sinxua”ya verdiyi açıqlamada, “Bu tapıntılar Çjou sülaləsinin siyasi, iqtisadi, mədəni, texnoloji və sosial vəziyyətinin hərtərəfli mənzərəsini təqdim edə bilər" deyilib.
"Tapıntılar bizə onun tarixi inkişafı, həmçinin vahid xalqın və onun mədəniyyətinin formalaşması haqqında məlumat əldə etməyə kömək edə bilər", - Şiçen əlavə edib.
Arxeoloqlar kəşf etmək və həmçinin qazılmış qalıqları qorumaq üçün qazıntı yerində qurulmuş xüsusi aşağı oksigen laboratoriyasında çalışıblar.
Həmçinin məlumat verilib ki, tədqiqatçılar məzar təbəqəsinin 3D modelini yaratmaq üçün qabaqcıl rəqəmsal skan, ölçmə və xəritəçəkmə üsullarından istifadə ediblər.
Qazıntıda iştirak edən digər tədqiqatçı Zhiquo Zhang, "Vuvanqdun türbəsindəki qazıntı və konservasiya işləri eyni vaxtda aparılacaq, məzarın arxeoloji dəyərinin aydın və hərtərəfli ortaya çıxarılması üçün müxtəlif elmi və texnoloji tədbirlər həyata keçiriləcək" deyib.