Con Uik serialının rejissoru Çad Staxelski, filmin ən nəfəs kəsən səhnələrindən birinin canlandırılmasında əsl kralın əli olduğunu açıqlayıb.
Hafta.az-ın “ScreenRant”a istinadən yazdığına görə, Keanu Rivesin canlandırdığı bədnam sui-qəsdçi dördüncü dəfə geri qayıdıb və indiyədək ən çox hərəkətli epizodda Ali Şuranı devirmək və azadlığını qazanmaq üçün mübarizə aparıb.
“Con Uik 4”də (“John Wick: 4”) təqdir edilən təkcə hərəkət səhnələri deyil, kinematoqrafiya və yerində çəkilişlər də davamın epik təqdimatına əlavə edilib.
Staxelski Coş Horovitsin “Happy Sad Confused” podkastında qonaq olub və “Con Uik 4”ün təəccüblü səhnələrinə toxunub.
Rejissor onu da açıqlayıb ki, kral fiquru istehsala səhrada günəşin doğuşunu çəkməyə kömək edib. Bu, İordaniya səhrasında Aqaba və Vadi Rum kənarında əsl günəşin doğuşudur, ona görə də rəqəmsal deyil. Mən bununla fəxr edirəm. İordaniya kralı bizə bir helikopter verdi ki, günəşin doğuşunu çəkib səhranın ortasına çıxa bilək.
2014-cü ildə yayımlanan məşhur aksiyon seriyasının ilk filmi Hollivudda tez-tez görülməyən səviyyə və hərəkət tərzinə malik olduğu, son dərəcə təvazökar büdcə ilə çəkildiyi üçün sürpriz hitə çevrilib.
Bununla belə, ilk filmdən məlum idi ki, Staxelskinin fəaliyyətdənkənar məqsədləri var. Bu məqsədlər hər biri əvvəlkindən daha möhtəşəm olan Con Uik filmlərində daha da aydın olub.
“Con Yuk 4” geniş mənzərələri, nəfəskəsən real yerləri, kinematoqrafiyası və aksiyon janrında qeyri-adi olmayan səhnə dizaynı ilə fərqlilik yaradıb.
Filmin açılışındakı səhra ardıcıllığı David Leanın şah əsəri “Ərəbistanlı Lourens”i xatırlatsa da, digər döyüş səhnələrində Yaponiya, Berlin və Fransadakı real məkanlar diqqəti cəlb edir. Məsələn, filmin finalındakı “Sacré Coeur” sekansı bütünlüklə 222 pilləli pilləkəndə çəkilib və bütün çəkilişlər Parisdə aparılıb.