Con Uik serialının yeni dünyasını tamaşaçılara təqdim etməyə hazırlaşan prodüser Basil İvanik “Promising Young Woman” filminin yazıçısı və rejissoru Emerald Fennellin “Ballerinanın” inkişafında hansı rol oynamasından danışıb.
Hafta.az-ın yazdığına görə, Kianu Rivzin baş rolda olduğu döyüş serialının spinoffu üçüncü və dördüncü filmlər arasında baş verir. Film Ballerina ailəsinin qisasını almaq üçün yola çıxan Runi adlı sui-qəsdçi haqqındadır.
Baş rollarda Ana de Armasın yer aldığı “Ballerina”nın heyətində Rivz, Lance Reddik, Anjelika Huston və İan MakŞeyn, həmçinin yeni aktyorlar Qabriel Birn, Katalina Sandino Moreno və “The Walking Dead”ın “Daril Dikson”u Norman Ridus var.
“Con Uik 4” (John Wick: Chapter 4) filminin Oskar kampaniyası üçün “ScreenRant”a açıqlamalar verən Basil İvanik, tezliklə ekranlara çıxacaq Ballerina haqqında danışıb. Fennellin ssenarini yenidən yazmaq üçün işə götürüldüyünü təsdiqləyən prodüser, ssenarist Şey Hattenin ilk qaralamalarının "möhtəşəm" olduğunu və qadınların rəhbərlik etdiyi aksiya üçün "real və əsaslı" yanaşmanın vacib olduğunu əlavə edib.
"Bəli, biz Emeraldı işə götürdük" deyən 53 yaşlı prodüser sözünə davam edib: "Məncə, Şey Hatten həqiqətən əla ssenari yazıb. O, böyük yazıçıdır. Bu, onun yazdığı ilk ssenari idi. O, bunu 22 yaşında yazmışdı. Biz ssenarini müəyyən bir nöqtəyə gətirdik".
Aparıcı aktrisa Ana de Armasa verdikləri sözdən danışan İvanik əlavə edib: "Biz həmişə Anaya söz vermişdik ki, quruluşu və hərəkəti qurarkən müəyyən bir məqamda qadın yazıçı gətirəcəyik. Biz döyüş filmi istəmirik, burada sadəcə kişi obrazını götürüb onu qadın obrazı ilə əvəz edəcəyik”.
Ana de Armasın canlandıracağı obrazla bağlı məlumat verən prodüser bunları deyib:"Biz bu personajın realist və qadına xas hiss etməsini, cinssiz deyil, lakin cinsi obyektivləşməməsini istədik. Bir çox qadın qatil filmlərində gördüyünüz bütün klişeləri bir kənara qoyduq, real və sadə xarakter axtarırdıq. Biz qadın obrazı istəyirdik".
Emerald Fennellin böyük bir Con Uik pərəstişkarı olduğunu əlavə edən İvanik, 38 yaşlı rejissorun Ballerina üçün gözəl bir qaralama yazdığını söyləyb: “Bir qadın obrazı olaraq, o, mənə özünü aşağı, emosional əsaslı bir personaj kimi hiss etdirdi. Bu, onun ölümcülliyi ilə birləşdi”.
Ssenarisi və rejissoru Emerald Fennell olan və baş rolda Keri Mulliqanın oynadığı 2020-ci ilin “İstedadlı gənc qadın” filmi Ən Yaxşı Orijinal Ssenari nominasiyasında Oskar qazanıb.