Daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb

15:10 09.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.

Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, səkkiz şagirdin, işçi heyətdən iki nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub. İyirmi şagird, işçi heyətdən 6 nəfər isə koronavirusa yoluxub. Bir sinifdə əyani təhsilə keçid olunub. Yeddi sinifdə dərslər təhsilin distant formasına keçirilib.

Bununla da distant təhsilə keçirilən siniflərin sayı 36-ya çatıb.

Xatırladaq ki, koronavirusa yoluxma halları ilə əlaqədar olaraq respublika üzrə 2 məktəbdə tədris distant formada aparılır.