Yazını böyüt
Yazını kiçilt
Daha bir aktyor koronavirusun qurbanı olub. Milli.Az bildirir ki, bu barədə Britaniyanın "Mirror" nəşri məlumat yayıb.
"Alien" filmində Russ Jordan obrazını canlandıran amerikalı aktyor Jay Benedict 68 yaşında koronavirusdan ölüb. Onun ölümü barədə məlumat aktyorun rəsmi veb-səhifəsində yerləşdirilib. Aktyorun 3 övladı var. O, 2 dəfə ailə qurub.