Daha bir yayımçıya universal platforma operatoru lisenziyası verilib

15:40 14.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının bu il üçün 9-cu iclası keçirilib.

Şuradan hafta.az-a verilən xəbərə görə, iclasda universal platforma operatoru lisenziyasının alınması üçün "Azlink" MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılmış, iddiaçının təqdim etdiyi sənədlər incələnmişdir. Müzakirələrdən sonra "Azlink" MMC-yə (xidmətin adı: "Azlink" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul olunub.