Deputatlar iclasqabağı koronavirusla bağlı test yoxlanışından keçiriləcək

11:05 09.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bu gün VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.

Trend-in məlumatına görə, parlamentin girişində bu məqsədlə termovizor qurğusu quraşdırılıb.

Qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən yeni seçilmiş deputatların hərarəti yoxlanılacaq.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiq edilib.