Roma Papası Fransisk media mükafatının təqdimatı üçün Vatikanda italyan jurnalistlərin iştirakı ilə keçirilən mərasimdə çıxış edib. Papa dezinformasiyanın və saxta xəbərlərin yayılmasının jurnalistikanın ən böyük günahlarından olduğunu deyib.
Hafta.az-ın yazdığına görə, Vatikan tərəfindən dərc edilən bəyanatda Papa bildirib: “Dezinformasiya jurnalistikanın dörd günahından biridir: Yanlış məlumat, qeyri-kommunikasiya və ya dezinformasiya, təhqir və böhtan. Məsələn, məni narahat edən odur ki, yalan xəbərləri təbliğ edənlər ictimai rəyi öz mənfəətləri üçün manipulyasiya edirlər”.
Ukraynada müharibənin davam etməsi ilə Avropada şahidi olduğumuz faciəvi vəziyyətin kölgəsində "məsuliyyətli oyanış" çağırışı edən Papa sülhün səsinə və münaqişələrin sona çatmasında rol oynayanlara yer verməyi arzuladığını deyib.
Ünsiyyət duyğusundan zövq alan və gələn həftə Monqolustana gedəcək 86 yaşlı argentinalı keşiş seçiləndən bəri çox sayda müsahibələr verib, eləcə də sələfi XVI Benediktdən daha rahat görünməsi ilə diqqəti çəkir.