DİM-dən buraxılış imtahanlarının vaxtı ilə bağlı xəbərlərə aydınlıq

22:06 21.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial media platformalarında buraxılış imtahanları ilə bağlı məlumat əks etdirən poster DİM-in əvvəlki illərə aid, köhnə posterlərindəndir.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan tarixləri məlum olanda Dövlət İmtahan Mərkəzi elan edir.

"DİM-in sosial şəbəkə hesablarında və saytında bununla bağlı rəsmi məlumat paylaşılır", məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial mediada, qrup və səhifələrdə buraxılış imtahanlarının tarixlərini əks etdirən DİM loqolu poster yayılıb.