“Dos Mukasan” qazax filmi Brüsseldə sensasiya yaratdı

12:38 27.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən Brüsseldəki Kino Sarayında Qazaxıstan kinematoqraflarının ərsəyə gətirdiyi “Dos Mukasan” filmi nümayiş etdirilib.

Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, mədəniyyət tədbiri Qazaxıstanın Belçikadakı səfirliyinin dəstəyi ilə baş tutub. Qazax dilində və ingiliscə subtitrlərlə nümayiş etdirilən filmin nümayişində Belçikada yaşayan qazax icmasının nümayəndələri və qazax incəsənətinə maarq göstərən yerli vətəndaşlar iştirak ediblər.

Qazaxıstanın Belçikadakı səfiri Marqulan Baymuxan “Dos Mukasan” filminin Avropanın paytaxtında nümayişinin növbəti gözəl mədəniyyət hadisəsi olduğunu vurğulayıb.

“Avropalı və belçikalı tamaşaçılar üçün bu gün biz bir neçə nəslimizin tanıdığı və əsərlərini dinləməkdən zövq aldığı əfsanəvi “Dos Mukasan” ansamblımız haqqında maraqlı, yaxşı film nümayiş etdirdik. Bu gün rejissor Aydın Səhamanın çəkdiyi, komandanın uzun və maraqlı yollarından bəhs edən bu filmi paylaşmaq istədik. Film o qədər baxımlıdır ki, Avropa ictimaiyyəti onu həvəslə və məmnuniyyətlə qəbul etdi. Qazax filmi Avropa kinosundan bir qədər fərqli ola bilər, lakin belçikalı tamaşaçıların reaksiyası göstərdi ki, onlar qazax ansamblı haqqında hekayəni bəyəniblər. Düşünürəm ki, biz bu gözəl ənənəni davam etdirəcəyik”, - deyə Marqulan Baymuxan bildirib.

Film Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin, eləcə də Milli Kinoya Dövlət Dəstəyi Mərkəzinin köməyi ilə lentə alınıb.

Çəkilişləri təxminən yeddi ay davam edən film 2022-ci ildə tamamlanıb. Filmin ssenari müəllifi Efrat Şaripov, prodüseri Aygül Baybek, musiqi prodüsseri Aydın Saxamandır.

Baş rolları aktyorlar Meyrqat Amangəldin, Maksat Sabitov, Eldos Şaykenov, Sayat Makulbayev, Ayxanım Saqinbayeva, Nikita Poqodayev, Nurqisa Kuanışbayulı və Abilmansur Serikov ifa ediblər.

Oxunma sayı 257