Dövlət Sərhəd Xidmətinin hərbçisi vəfat edib

16:35 12.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi vəfat edib.

Bu barədə hafta.az-a Xidmətin mətbuat mərkəzindən xəbər verilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynli Vüsal Vüqar oğlu xəstəlikdən dünyasını dəyişib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.