DSX axtarışda olan 247 nəfəri saxlayıb

09:21 02.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidməti əməkdaşlarının ötən ay cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 247 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə hafta.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Xərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, ay ərzində ölkədən çıxışı qadağan olan 234 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 16 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.