Yazını böyüt
Yazını kiçilt
Əfqanıstanda İslam Əmirliyi administrasiyasına bağlı təhlükəsizlik qüvvələri İranla sərhəd keçidində əfqan sürücünü döydüyü iddia edilən yüksək rütbəli iranlı hərbçini saxlayıb.
Hafta.az-ın Mepa.news-ə istinadən yazdığına görə, saxlanılan iranlı hərbçi sərhədin Əfqanıstan tərəfində sərhədçilər tərəfindən döyüldükdən sonra İran tərəfinə təhvil verilib.
Hadisənin dəqiq nə zaman baş verdiyi bilinmir, lakin İslam Əmirliyi administrasiyasının sərhəd qüvvələri ilə İran arasında İslam Kale sərhəd-keçid məntəqəsində daha əvvəl də çox sayda bənzər qarşıdurmalar baş verib.
Digər tərəfdən, hadisənin Əfqanıstanın Tehrandakı səfirliyinin İslam Əmirliyinin idarəçiliyinə verilməsindən sonra baş verməsi diqqət çəkib.