Əhalisi ən səliqəli geyinən ölkələr

09:15 15.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünya ölkələrinin əldə etdiyi uğrların statistikasını aparan şirkətlər bu dəfə çox qəribə bir araşdırma aparıblar.

Hafta.az-ın “U.S.News”a istinadən yazdığına görə, bu dəfə hansı ölkənin əhalisinin daha səliqəli geyindiyi tədqiqat obyekti olub. 

Siyahıda ilk onluğa daxil olan ölkələr aşağıdakı kimidir:

Siyahıda ilk yerin sahibi İtaliya olub. İkinci pillədə Fransa, üçüncü pillədə isə İspaniya qərarlaşıb.

ABŞ səliqəli geyinmək baxımından siyahıda dördüncü, Böyük Britaniya isə beşinci olub.

Siyahıda İsveçrə altıncı, Yaponiya yeddinci, Kanada səkkizinci, Sinqapur doqquzuncu olarkən, ilk onluğu Cənubi Koreya tamamlayıb.