Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna ianə edir

14:00 05.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.

ETSN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, nazirliyin kollektivinin könüllü olaraq göstərdiyi yardım davam etdirilir.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.