Yeni elmi araşdırma Əl-Ulada ibadət yeri olan qədim das tikililərin sirlərini açıb. Araşdırmalara əsasən ehtimal edilir ki, bu tikililər iqlim dəyişikliyinə qarşı tanrılara qurban olaraq heyvan kəsmək üçün çobanlar tərəfindən tikilib.
Hafta.az-ın yazdığına görə, Qərbi Avstraliya Universitetinin Əl-Ula Əyalətinin Kral Komissiyasının komandası ilə birgə hazırladığı və “Plus One” jurnalı tərəfindən nəşr edilən araşdırmada, 1970-ci ildə Səudiyyə Ərəbistanının şimal-qərbində aparılan ilk arxeoloji tədqiqatlar zamanı qədim və sirli düzbucaqlı quruluşun müəyyən edildiyi bildirilib. Bu tikilinin nadir qumdaşı divarlarının uzunluğu 95 metr idi. Tədqiqat göstərdi ki, sonrakı illərdə “düzbucaqlı” kimi tanınan strukturlar ölkəyə səpələnmiş halda müşahidə edilsə də, 2018-ci ilə qədər tədqiq olunmayıb. Əl-Ula əyalətinin kral komissiyası tərəfindən aparılan arxeoloji tədqiqat çərçivəsində struktur 5 ildir araşdırılır.
Bütün düzbucaqlıların oxşar memarlıq planına uyğun gəldiyini bildirən araşdırmaya görə, ən kiçik düzbucağın uzunluğu təqribən 20 metr, ən böyüyü isə 600 metri keçib. İki divarın arasına iki qalın uc daxil edilərək beş uzun divar düzəldilməklə dörd sahə ayrılıb. Dördbucaqlıya giriş uzun bir gəzintidən sonra ritualın əsas yeri olan başa aparan bazadakı dar girişdən keçirdi.
Tədqiqatda 2019-2020-ci illər ərzində Əl-Ulada kəşfiyyat qazıntılarının aparıldığı və bu tikililərdən birinin uzunluğu 140, eni 20 metr olmaqla qumdaşı olduğu bildirilir. Sözügedən binanın başında “taxt” və ya müqəddəs daş kimi şərh edilən 3 böyük şaquli daş olan yarıboş otaq var. Yaxşı qorunmuş mal-qara, keçi və maral buynuzları ilə əhatə olunub. Burada edilən kəşfdə diş, kəllə və buynuz kimi parçalar tapılıb. Onların əksəriyyətinin 2-12 yaşlı erkək heyvanlara aid olduğu müəyyən edilib.
Son beş ildə arxeoloqlar Krallığın şimal-qərbinə səpələnmiş 1600-dən çox nəhəng daş struktur aşkar ediblər. Bu tikililər neolit dövrünün sonu ilə birlikdə 7 min ildən artıq bir tarixə malikdir. Mövcud sübutlar düzbucaqlı sahələrin eramızdan əvvəl 5300-4900-cü illər arasında istifadə edildiyini göstərir. Bu dövrdə Ərəbistan yarımadası yaşıl və rütubətli idi. Bir neçə nəsil sonra bu ərazinin qədim sakinləri insanların bədən hissələrini basdırmaq üçün bu yerdən yenidən istifadə etməyə başladılar.
Tədqiqat həm də yaşayış məntəqələrindən birində düzbucaqlının yanında kiçik bir quruluşu aşkar edir, içərisində ayaq, beş fəqərə və uzun sümük qalıqları var. Bunlar basdırılarkən yumşaq toxumalar hələ də mövcud idi. Antropoloqlar qalıqların, ehtimal ki, 30-40 yaş arası bir şəxsə aid olduğunu müəyyən ediblər.
Tikililərin ölçüsü və orada görülən işlərin həcmi göstərir ki, onları qurmaq üçün bir çox icmalar bir araya gəlib. Səudiyyə Ərəbistanında tikililərin geniş bir əraziyə yayılması da burada ortaq dini inancın mövcudluğundan xəbər verir.
Tədqiqatın nəticələrinə görə, araşdırmaçılar tərəfindən həyata keçirilən skaner ekspedisiyası düzbucaqlıların niyə qurulduğunun sirrini açıb. Yağışdan sonra aparılan müşahidə və qeydlərdə bu ərazilərin demək olar ki, hamısının bataqlıq olduğu görülüb. Mümkündür ki, tikililər iqlim dəyişikliyinə cavab olaraq tikilib, lakin onlar həm də daimi yağış və torpağın məhsuldarlığını təmin etmək üçün tanrılara qurban vermə məqsədilə tikilmiş ola bilər.