Əli Əsədov Qırğızıstana səfərə gedib

13:27 25.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Baş nazir Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə Qırğızıstana işgüzar səfərə gəlib.

Nazirlər Kabinetindən hafta.az-a verilən məlumata görə, səfər çərçivəsində Baş nazir Ə.Əsədov Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında qonaq qismində iştirak edəcək, həmçinin bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

Siyasət rubrikasından digər xəbərlər