Ən qədim və ibranicə İncil 38,1 milyon dollara satıldı

09:15 18.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Sothebys” hərracı dünyanın ən qədim və tam ibranicə yazılmış İncilinin 38,1 milyon dollara satıldığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, 1100 illik əlyazma olan "Codex Sassoon" kimi tanınan İncil üçün ən yüksək qiymət təklifi ABŞ-ın Rumıniyadakı keçmiş səfiri və Amerika Yəhudi Komitəsinin sədri Alfred H. Moses olub.

İncilin İsraildəki ANU Yəhudi Xalq Muzeyinin tərəfdarları adından alınaraq eyni muzeyə bağışlandığı, təklifin isə kitab və ya sənəd üçün verilən ən yüksək rəqəmlərdən biri olduğu öyrənildi.

“Sothebys” hərracı qiymətin 1994-cü ildə Leonardo da Vinçinin “Codex Leicester” əlyazması üçün ödənilən 30,8 milyon dolları keçdiyini qeyd edib. Amma bu satış rəqəmindən daha üstü hərraclar da olub. Məsələn, ABŞ Konstitusiyasının ilk nəşri üçün 43,2 milyon dollar ödənilib.

900-cü illərdə yazılmış “Codex Sassoon” öz adını kitabı 1929-cu ildə alan və 20-ci əsr yəhudi və ibrani əlyazmalarının ən mühüm kolleksiyaçılarından biri olan David Solomon Sassundan götürür. Kitabın yəhudi şifahi ənənəsi ilə müasir İbrani incilləri arasında körpü rolunu oynadığı üçün əhəmiyyətli olduğu deyilir.

“Codex Sassoon” həm də ibrani İncilinin sərt üzlü əlyazması olan "Hələb Kodeksi" və ivrit İncilinin ən qədim tam əlyazmalarından biri olan "Leninqrad Kodeksi"ndən daha qədim olduğu bilinir.