Ən yaxşı qəhvə ustası axtarışı - müsabiqə davam edir

11:47 08.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyi Səudiyyə qəhvəsinin hazırlanması üsullarını təbliğ etmək və qəhvə mütəxəssisinin rolunu artırmaq məqsədi daşıyan “Kubok yolu” müsabiqəsi davam edir.

Hafta.az-ın yazdığına görə, mükafat sahiblərini maddi-texniki dəstəkdən əlavə 100 min riyal mükafat gözləyir. Müvafiq olaraq birinci yerə 60 min riyal, ikinciyə 30 min riyal, üçüncüyə isə 10 min riyal mükafat veriləcək.

Festival Səudiyyə Ərəbistanının 3 şəhərində keçiriləcək - sentyabrın 29-dan oktyabrın 1-dək Ər-Riyadda, 6-8 oktyabrda Ciddədə və 13-15 oktyabrda Zəhrada.

Müsabiqə cəmiyyətin bütün təbəqələrini, eləcə də ölkənin tarixi və mədəni irsi olaraq sənayenin təfərrüatları ilə maraqlanan Səudiyyə qəhvə istehsalçılarını və bu sahədə çalışanları əhatə edir.

Qiymətləndirmə hər seçilmiş bölgənin üsuluna uyğun olaraq qəhvənin qovrulması, üyüdülməsi, bişirilməsi, dadı və keyfiyyətinə görə aparılacaq.

Müsabiqə Səudiyyə qəhvəsinin layiq olduğu dəyəri göstərmək üçün "Hədəf 2030" proqramlarından biri olan Həyat Keyfiyyəti Proqramının dəstəyi ilə Mədəniyyət Nazirliyinin başlatdığı “2022 Səudiyyə Qəhvə İli” təşəbbüsü çərçivəsində təşkil edilir.