Endi Uorholun əsəri Sotheby's-də 85 milyon dollara satılıb

18:10 17.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Endi Uorholun əsəri Sotheby's-də 85 milyon dollara satılıb. Söhbət “Ölüm və Fəlakət” silsiləsinə daxil olan “Ağ fəlakət” kətanından gedir.

Ağ-qara rəsm 35 ildən sonra ilk dəfə hərraca çıxarılıb. O, qəzadan sonra avtomobilin ağ fonda yerləşdirilən təkrarlanan 19 təsvirindən ibarətdir. Sonuncu dəfə Uorholun “Ölüm və Fəlakət” serialından işi – “Gümüş maşının qəzası” 2013-cü ildə hərraca çıxarılıb və 105 milyon dollara alınıb.

Rəsm dünyanın ən bahalı sənət əsərlərindən birinə çevrilib. Andy Warhol adətən kommersiya pop sənəti adlanan rəsmlərin yaradıcısıdır. Rəssamın ən məşhur əsərləri arasında Kempbellin şorba qutuları və Merilinin ikiqat əsəri var.

Oxunma sayı 1965