Ər-Riyadda Ümumdünya İrs Sahəsi İdarəçilərinin Forumu keçiriləcək

09:30 20.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ümumdünya İrs Komitəsinin (DMK) 45-ci genişləndirilmiş sessiyası çərçivəsində sentyabrın 10-16-da beşinci Ümumdünya İrs Sahələri İdarəçiləri Forumu keçiriləcək.

Hafta.az-ın yazdığına görə, bundan əvvəl isə 19 iyun, 4 və 13 iyul tarixlərində üç virtual sessiya təşkil olunacaq.

Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyi, UNESCO Ümumdünya İrs Mərkəzi, Mədəni İrsin Qorunması və Bərpası üzrə Beynəlxalq İş Mərkəzi (ICROM), Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) və Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura (ICOMOS) ilə əməkdaşlıq şəraitində Təhsil, Mədəniyyət və Elm üzrə Milli Komitəsi ilə İrs Fondu tərəfindən təmsil olunan forumu təşkil edir.

Forum dünyanın hər yerindən idarəetmə komitələrini və sayt administratorlarını bir araya gətirir və əlaqələr şəbəkələrini genişləndirmək, bilik və təcrübə mübadiləsini asanlaşdırmaq, beynəlxalq arenada onlara imkanlar təklif etmək məqsədi daşıyır.

Forumda “Növbəti 50 ildə Dünya İrsinin İdarə Edilməsi” adı altında müxtəlif mövzular müzakirə olunacaq. Bunlardan ən mühümləri sektorun inkişafındakı əsaslar, prinsiplər, proseslər, davamlılığı artırmaq üçün rəqəmsal texnologiyalar, risklərin idarə edilməsi və davamlılığın qurulması, iqlim dəyişikliyi, irs aktivlərinin qorunması və monitorinqidir.

Forumda həmçinin Ümumdünya İrs Müqaviləsinin effektivliyini və aktuallığını artırmaq məqsədi daşıyan görkəmli ümumbəşəri dəyərə malik mədəni və təbii irsin qorunmasının vacibliyi vurğulanacaq, eyni zamanda onun aktivlərinin müstəsna ümumbəşəri dəyərinin qorunub saxlanması, təbliği yolu ilə əlverişli mühitin inkişaf etdirilməsi nəzərdə tutulur. 

Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyi Ümumdünya İrs Sahələrinin direktorlarını forumun açılışından əvvəl iştirakçılara seçimlərinin nəticələri barədə məlumat vermək şərti ilə mayın 7-nə qədər iştirak üçün ərizələri elektron formada təqdim etməyə çağırıb.