Ərdoğan "Aybükə, müəllim oldum!" filminin premyerasında iştirak edib

11:55 24.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan 2017-ci ildə terrorçuların hücumu nəticəsində şəhid olan müəllim Şenay Aybükə Yalçının həyatını və müəllimlik əzmini işıqlandıran “Aybükə, müəllim oldum!” filminin qala proqramında iştirak edib.

Hafta.az-ın yazdığına görə, "Aybükə, müəllim oldum!" bu gün (24 noyabr) Müəllimlər Günündə kinosevərlərin görüşünə gələcək. Filmin premyerası Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilib.

Prezident Ərdoğan filmi həyat yoldaşı Əminə Ərdoğan, şəhid müəllim Aybükə Yalçının anası Zəhra, atası Sadıq, qardaşı Aybars Yalçın və filmin aktyorları ilə birlikdə izləyib.

Filmin sonunda həyat yoldaşı Əminə Ərdoğanla səhnəyə çıxan prezident Ərdoğana şəhid müəllimin ailəsi tərəfindən Aybükə Yalçının istifadə etdiyi çanta hədiyyə olunub.

TRT-nin baş direktoru Məhmət Zahid Sobacı Aybükə Yalçının simvolik fotosunda istifadə edilən simvolik qırmızı yazı və miniatür bağlamanı birinci xanım Ərdoğana təqdim edib.

Oxunma sayı 178