Ermənistan ərazisində sərhəd zastavasının vurulması yalandır - MN

12:14 27.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur", - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.