Fatih Akının II Dünya Müharibəsi zamanıa aid bir yeniyetməlik dövründən bəhs edən yeni “Amrum” filminin Hamburqda çəkilişlərinə başlanılıb. Filmin aktyor heyətində alman ulduzlar Laura Tonke və Diane Krugeri Casper Billerbeç müşayiət edir.
Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, ilk dəfə 2022-ci ildə elan edilən film 1945-ci ilin yazında II Dünya Müharibəsi zamanı çəkilib. Hadisə Almaniyanın Şimal dənizindəki Amrum adasında müharibənin son günlərində baş verir.
Türk əsilli alman rejissor Akının yeni dramı 12 yaşlı Nanninq adlı oğlanın suiti ovuna çıxması, gecələr balıq tutması və anasının ailəsini dolandırmasına dəstək üçün tarlalarda işləməsindən bəhs edir.
Sülh elan edildikdə yeni münaqişələr yaranır və Nanninq öz yolunu tapmağı öyrənməyə məcbur olur.
Ssenari 50 yaşlı Akının çoxdankı dostu olan alman rejissor və ssenarist Hark Bohmun uşaqlıq xatirələri üzərində qurulub. İkili daha əvvəl Akının 2017-ci ildə mükafata layiq görülmüş “Shattered” (Aus dem Nichts) filminin ssenarisi üzərində birgə çalışmışdı.
"Bir Hark Bohm filmi olaraq başlayan bu əsər, indi mənim 12-ci bədii filmim və qeyri-adi bir missiyam oldu" deyən Akın və əlavə edib: "Amrum” II Dünya Müharibəsinin son həftəsində ailəsinin qaranlıq sirrini hər gün daha çox açır. Bu, gənc Nanninqin nəhayət cənnətdən qovulana qədər səyahətindən bəhs edir".
Gənc aktyorlar Casper Billerbek və Kayan Köppke müvafiq olaraq Nanninq və onun dostu Hermannı canlandırırlar.
Tarixi dram, Akının Almaniyada bu günə qədər ən uğurlu debütü olan 2022-ci il qanqster dramı “Rheingold”dan sonra janrda bir dəyişikliyə işarə edir.
“Amrum” filminin çəkilişləri Hamburqda, Amrum adasında və Danimarkada aparılacaq.
Fatih Akının filmləri arasında “Aşka Ruhunu Kat”, “Altın Eldiven”, “Temmuzda” və “Divara Karşı” məşhurdur.