FHN-in xilasediciləri 11 nəfəri dağıntılar altından sağ çıxarıblar

21:25 07.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirlikdən hafta.az-a bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 11 nəfəri sağ, 20 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.