FHN tərəfindən Kahramanmaraşda 130-dan çox çadır qurulub - VİDEO

15:00 15.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş şəhərinin sakinləri üçün müvəqqəti çadırlar qurulub.

Hafta.az-ın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, FHN-in əməkdaşları Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində yerləşən stadionda quraşdırmağa başlayıblar, 130-dan artıq çadır ailələrə təhvil verilib.

Çadırlar istilik sistemi və digər avadanlıqlarla təmin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə humanitar yardımlar göndərilib. Bu vaxta qədər nazirlik tərəfindən göndərilən yardımları aparan 10 təyyarə, 3 avtomobil karvanı Türkiyəyə gəlib çatıb. Yardım aparan avtomobillərin sayı isə 39-dur.