Gömrük Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

10:35 06.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsi (DGK) işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən hafta.az-a bildirilib ki, komitənin əməkdaşları könüllü olaraq əməkhaqlarından 1 milyon manat Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Gömrük Komitəsinin kollektivi əmindir ki, yenilməz Azərbaycan Ordusu qələbə qazanacaq!

Qarabağ Azərbaycandır!