Göygöldə yol qəzası olub, xəsarət alan var 

22:30 12.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl rayonunda "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı iri daşa çırpılıb. 

Hafta.az-ın "Report"-a istinadən məlumatına görə, qəza Yeni Zod ərazisində baş verib. 

Hadisə nəticəsində 1994-cü il təvəllüdlüİbrahim Tağıyev xəsarət alıb. Qeyd edilir ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan digər şəxs xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.