Məşhur aktyor Kamal Sunalın xatirəsinə Göztəpə parkında muzey yaradılması işləri davam edir.
Hafta.az-ın yazdığına görə, nuzeydə aktyorun şəxsi əşyaları ilə yanaşı, çəkildiyi filmlərindən olan geyimlər və afişalar da nümayiş etdiriləcək.
2000-ci ildə dünyasını dəyişən ustad aktyorun xatirələrinin yer alacağı muzeyin hazırlıqları davam edərkən, Gül Sunal instaqram hesabında ərinin evdən olan əşyalarını paylaşıb.
Sunal, “Kamal evimizdən həmişəlik ayrılır. Canım Sunay Akının mükəmməl layihəsi olan Göztəpə Parkındakı Kamal Sunal Muzeyi üçün illərdir səbirsizliklə gözlədiyimiz əşyalar ölümsüzlüyə doğru gedir. Əlbəttə, çox yaxşı səbəbə görə ayrılırıq, amma məndə elə bir hiss var idi ki, evi tamamilə tərk edirlər. Onlar indi pərəstişkarlarına həvalə olunub”.