Halit Ergenç və Bergüzar Korelin oğlu doğuldu

20:10 09.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aktyorlar Halit Ergenç və Bergüzar Korel on il sonra ikinci dəfə valideyn olub.

Hafta.az axşam.az-a istinadən bildirir ki, Bergüzarın bu gecə oğlu dünyaya gəlib. Cütlük 3,5 kq. çəkisi, 51 sm. boyu olan oğluna Han adını qoyub.

Doğuş zamanı Koreli həyat yoldaşı Ergenç tək qoymayıb.

Qeyd edək ki, cütlüyün 10 yaşında Əli adlı övladı var.

Oxunma sayı 215